UNEC-in Zaqatala filialının nəzdində Regional İqtisadiyyat Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 yanvar 2023-cü il tarixli iclasının 186-li Qərarı və UNEC rektorunun 16 fevral 2023-cü il tarixli 106/3/2023 №-li əmrinə əsasən yaranmışdır.


MƏQSƏDİMİZ

  • regionların sosial-iqtisadi inkişaf səviyyəsinin, strukturunun və inkişaf meyillərinin elmi təhlilinin aparılması;

  • yerli iqtisadi potensialın, təbii resursların, kənd təsərrüfatı və turizm imkanlarının qiymətləndirilməsi;

  • regional iqtisadi inkişaf strategiyalarının hazırlanması və regional siyasətə dair tövsiyələrin verilməsi;

  • regionlarda sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişaf imkanlarının araşdırılması;

  • yerli icra strukturları, biznes qurumları və beynəlxalq təşkilatlarla birgə tədqiqat layihələrinin həyata keçirilməsi;

  • regional iqtisadiyyat üzrə elmi konfransların, seminarların və analitik hesabatların hazırlanması.