SAHƏ ARAŞDIRMALARI VƏ RƏQABƏTİN TƏHLİLİ (SART) MƏRKƏZİ
Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzinə Xoş Gəlmisiniz!
İqtisadiyyatın müxtəlif sektorlarında real bazar dinamikalarının təhlili və rəqabət mühitinin obyektiv qiymətləndirilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biridir. Bu məqsədlə yaradılmış Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzi, sahəvi tədqiqatlar aparmaq, strateji məlumatlar toplamaq və rəqabət yönümlü qərarların qəbuluna elmi əsas yaratmaq üçün fəaliyyət göstərir.
Mərkəzimiz istehsal, xidmət və ticarət sektorlarında iqtisadi göstəricilərin, struktur dəyişikliklərinin və bazar meyillərinin təhlilini həyata keçirərək, rəqabət qabiliyyətinin artırılması, səmərəli resurs bölgüsünün təşviqi və iqtisadi siyasətlərin formalaşdırılması istiqamətində töhfələr verir.
SART Mərkəzi olaraq, dövlət qurumları, özəl sektor nümayəndələri və tədqiqatçılarla əməkdaşlıq çərçivəsində iqtisadiyyatın dərinliklərinə enərək, real sahə məlumatlarına əsaslanan analitik yanaşmalar təqdim edirik.
Fəaliyyətimizə göstərdiyiniz marağa görə təşəkkür edir, sizi mərkəzimizin araşdırmaları və analitik layihələri ilə tanış olmağa dəvət edirik.