Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının 183 №-li Qərarı və UNEC rektorunun 04 iyul 2022-ci il tarixli 476/3/2022 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 15 iyul 2022-ci il tarixli 523/3/2022 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik dos. Mehtiyev Azər Seyfalı oğluna həvalə edilmişdir.
MƏQSƏDİMİZ
iqtisadiyyatın müxtəlif sahələrində bazar strukturu və rəqabət mühitinin təhlilinin aparılması;
ayrı-ayrı sektorların inkişaf meyillərinin və problemlərinin sahə üzrə araşdırılması;
müəssisələrin və sektorların rəqabət qabiliyyətinin qiymətləndirilməsi və müqayisəli analizinin aparılması;
bazar konsentrasiyası, inhisarlaşma və rəqabət siyasəti ilə bağlı analitik hesabatların və tövsiyələrin hazırlanması;
dövlət qurumları, biznes strukturları və beynəlxalq təşkilatlarla birgə tədqiqat layihələrinin həyata keçirilməsi;
iqtisadiyyatın sektorları üzrə analitik məlumat bazalarının və tədqiqat nəticələrinin formalaşdırılması.