UNEC SƏHİYYƏ İQTİSADİYYATI TƏDQİQAT MƏRKƏZİ
UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinə Xoş Gəlmisiniz!
Səhiyyə sektorunun effektivliyi və davamlı inkişafı ölkəmizin sosial rifahının əsas göstəricilərindən biridir. Bu sahədə iqtisadi təhlillər aparmaq və elmi əsaslı strategiyalar hazırlamaq məqsədilə fəaliyyət göstərən UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, səhiyyə sisteminin təkmilləşdirilməsinə və resursların səmərəli idarə olunmasına dəstək verir.
Mərkəzimiz akademik tədqiqatlar, siyasət analizi və əməkdaşlıq vasitəsilə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində mühüm layihələr həyata keçirir.
Fəaliyyətlərimizə göstərdiyiniz maraq üçün təşəkkür edir, sizi Mərkəzimizin nailiyyətləri və təşəbbüsləri ilə yaxından tanış olmağa dəvət edirik.