HAQQIMIZDA:

UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 9 oktyabr 2019-cu il tarixli iclasının 167 №-li Qərarı və UNEC rektorunun 1020/3/2019 №-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 01 iyun 2020 tarixli 754/3/2021 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC “İqtisadiyyat (rus dilli)” kafedrasının baş müəllimi i.ü.f.d. Məmmədova Sevda Kərim qızına həvalə edilib.


MƏQSƏDİMİZ:

  • səhiyyə sektorunda resursların istifadəsinin və maliyyə axınlarının analitik tədqiqi;

  • səhiyyə siyasəti, sağlamlıq xidmətlərinin qiymətləndirilməsi və maliyyə modellərinin elmi əsaslarla hazırlanması;

  • səhiyyə xidmətlərinin səmərəliliyinin artırılması və xərc-effektivliyin qiymətləndirilməsi;

  • dövlət və özəl səhiyyə qurumları üçün analitik hesabatlar və tövsiyələrin hazırlanması;

  • beynəlxalq təşkilatlar və universitetlərlə birgə tədqiqat layihələrinin həyata keçirilməsi;

  • tələbə və gənc tədqiqatçıların səhiyyə iqtisadiyyatı sahəsində elmi fəaliyyətə cəlb edilməsi.