UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi

UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinə Xoş Gəlmisiniz!

Elmi araşdırmaların keyfiyyəti və etibarlılığı, istifadə olunan metodoloji yanaşmaların düzgün seçimi və tətbiqi ilə birbaşa bağlıdır. Bu məqsədlə yaradılmış UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi, tədqiqat fəaliyyətinin elmi əsaslara söykənən, sistemli və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsini dəstəkləyir.

Mərkəzimiz keyfiyyətli və kəmiyyətli tədqiqat metodlarının öyrənilməsi, tətbiqi və təkmilləşdirilməsi, empirik analizlərin aparılması, statistik modelləşdirmə, veri əsaslı qərarvermə alətlərielmi yazı mədəniyyətinin təşviqi sahələrində fəaliyyət göstərir. Həm tədqiqatçılar, həm də doktorant və magistrantlar üçün təlimlər, seminarlar və metodoloji dəstək imkanları təqdim olunur.

UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi olaraq əsas məqsədimiz elmi fəaliyyətin keyfiyyətini yüksəltmək, metodoloji savadlılığı artırmaq və tədqiqat mühitinə davamlı töhfə verməkdir.

Fəaliyyətimizə göstərdiyiniz marağa görə təşəkkür edir, sizi Mərkəzimizin təşəbbüsləri, proqramları və əməkdaşlıq imkanları ilə yaxından tanış olmağa dəvət edirik.