HAQQIMIZDA: 

UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasının 188 №-li Qərarı və UNEC rektorunun 557/3/2023 №-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 26.07.2023-cü il tarixli 572/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyə Respublikası Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Ekonometri Bölümünün dosenti Mücahit Aydın-a həvalə edilmişdir.


MƏQSƏDİMİZ:

  • sosial-iqtisadi tədqiqatlarda müasir metod və yanaşmaların tətbiqinin təşviqi;

  • elmi tədqiqatlarda empirik və analitik metodların işlənməsi və optimallaşdırılması;

  • statistik analiz, data analitikası və digər tədqiqat alətlərinin praktiki istifadəsi;

  • universitetin müxtəlif sahələrində aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi və nəticələrin təhlili;

  • dövlət qurumları, biznes strukturları və beynəlxalq təşkilatlarla birgə elmi layihələrin həyata keçirilməsi;

  • tələbə və gənc tədqiqatçıların elmi metodologiya və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi.