Müəssisə məlumatları: Biznes Və Menecment Fakültəsi, Biznes Və Logistika Kafedrası, Biznesin İdarə Edilməsi
WoS Tədqiqat Sahələri: Economics & Business
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities
Ölçülər

Nəşr

5

Dissertasiya məsləhətləşməsi

2

Açıq giriş

3
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Tərcümeyi –hal

Mən, Samirə Rasim qızı Rüstəmova 04 dekabr 1978-ci ildə Füzuli şəhərində anadan olmuşam. 1984-ci ildə Füzuli şəhər X.B. Natavan adına 3 N-li orta məktəbinin birinci sinifinə daxil olmuş, 1995-ci ildə Aybasanlı kənd 3 N-li orta məktəbini məktəbi fərqlənmə ilə bitirərək kamal attestatı almışam.

1996 ci ildə 2 saylı Bakı Tibb Texnikomuna daxil omuşam və 1999-cu ildə texnikomu əla qiymətlərlə bitirmişəm.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnsitutuna (indiki UNEC) daxil olmuşam. 2004- cü ildə həmin universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı” ixtisası üzrə bakalavr pilləsini bitirmişəm.   2004- cü ildə həmin ixtisas üzrə Magistratura Mərkəzinə daxil olmuşam və 2007- ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

2013-cü ildə  Azərbaycan Kooperasiya Universitetinin doktoranturasına qəbul olmuş və “Azərbaycanda turizm biznesinin inkişaf problemləri” mövzusunda dissertasiya işini 2016-cı ildə yerinə yetirmişəm. Dissertasiya işimi 25 may 2018-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə  etmişəm. Ali Attestasiya Komitəsinin  27 noyabr 2019-cu il tarixli qərarına əsasən iqtisad üzrə fəlsəfə doktoru adını almışam.

2001-ci ilin dekabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumiqtisad” kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamış və 2005-ci ildən 2021-ci ilədək “Biznesin idarə edilməsi” kafedrasında laborant və böyük laborant vəzifələrində çalışmışam. 2021- ci ildən “Biznesin idarə edilməsi” (indiki Biznes və logistika) kafedrasına müəllim vəzifəsinə keçirilmişəm və hal- hazırda həmin kafedranın baş müəllim vəzifəsində çalışıram.

30-a qədər elmi əsərim çap olunmuşdur.

Ailəliyəm, 1övladım vardır.