Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”in reallaşdırılmasına tədqiqatçıların töhfəsini stimullaşdırmaq məqsədilə daxili qrant müsabiqəsinə layihə qəbulu davam edir.
Qrant müsabiqəsinin şərtləri:
Müsabiqədə AR vergi orqanlarından VÖEN almış, UNEC əməkdaşları, o cümlədən UNEC-də təhsil alanlar (bakalavr, magistrant, doktorant və disertantlar), UNEC-in nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzində çalışanlar, eyni zamanda müəyyən edilən şəxslər birləşərək komanda tərkibində müsabiqədə iştirak edə bilərlər.
Layihə təklifləri UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından “Daxili qrant müsabiqələrinin keçirilməsi” Qaydalarına əlavə edilmiş formalara uyğun olaraq təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı tələblərə cavab verməlidir:
Təqdim olunan layihələr aşağıdakı istiqamətləri əhatə etməlidir:
Aşağıda qeyd olunan sənədləri elan olunan tarixdən 12 may 2025-ci il, saat 18.00-dan gec olmayaraq, elektron formada (pdf formatda) unec.qrant@unec.edu.az elektron-poçt ünvanına göndərməlidir:
Qrant layihələrinin təhlili və qiymətləndirilməsi - “Daxili qrant müsabiqələrinin keçirilməsi” Qaydalarına uyğun olaraq Qrant üzrə Müsabiqə Komissiyası tərəfindən aparılacaqdır.
Əlavə məlumat üçün UNEC Qrant üzrə Müsabiqə Komissiyanın katibliyi ilə əlaqə saxlaya bilərsiniz (Ünvan: Baki şəh., İstiqlaliyyət 6, otaq 124) Məsul şəxs: Vəkil İbrahimov
Əlaqə tel.: (+99412) 492-72-98, (+99412) 492-59-04 (Daxili - 1157)