Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları AVESİS sisteminin “Jurnalın
verilən bazası” funksiyası vasitəsilə jurnalın adına və Beynəlxalq Standart
Seriya Nömrəsinə (ISSN), jurnal indekslənmə bazasına, nəşriyyatına, elmi
istiqamətinə (AVESİS və ya Scopus), rübünə (Scopus və ya Scimago), kateqoriya kvartilinə
(Q1, Q2, Q3, Q4) və Scopus CiteScore/SJR aralığına görə axtarış vermək imkanı əldə
etmişdir. Onlar Jurnalın verilənlər bazası |
Azerbaijan State University of Economics (UNEC) Akademik Məlumat İdarəetmə
Sistemi linkinə daxil olaraq qeyd olunan seçənəklər vasitəsilə məlumat əldə
edə bilərlər.
Bununla
yanaşı qeyd etməliyik ki, UNEC əməkdaşları
“Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması
haqqında” qaydalarına əsasən CiteScore kateqoriya kvartili Q1, Q2 olan jurnallarda
nəşr olunan xarici həmmüəllifli elmi əsərlərinə görə müvafiq faiz göstəricilərinə
əsasən mükafatlandırılırlar.