Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq olunan AVESİS sisteminin Web of Science, Scopus elmi nəşr platformasına inteqrasiya prosesi tamamlanmışdır. Belə ki, UNEC akademik heyətinin AVESİS sistemindəki səhifəsinə adıkeçən bazalarda indekslənən elmi əsərləri avtomatik olaraq əlavə olunur. Bununla yanaşı, müəllifin Scopus bazasındakı istinad göstəricisi AVESİS səhifəsinə əlavə olunduğu halda Web of Science sistemində bu funksiya aktiv deyildir.