1 fevral 2026-cı il tarixindən etibarən UNEC Web of Science API Expanded abunəçiliyi aktivləşdirmişdir. Clarivate şirkətinin bu məhsuluna abunəçilik istifadəçilərə aşağdakı üsütünlükləri təmin edəcəkdir.
Geniş elmi məlumat bazasına çıxış
UNEC müəllim və tələbələri dünyanın ən nüfuzlu jurnallarında dərc olunmuş milyonlarla məqaləyə çıxış əldə edəcək. Bu, araşdırmaların keyfiyyətini artırır və ən son elmi yeniliklərdən xəbərdar olmağa imkan verir.
Avtomatlaşdırılmış məlumat əldə etmə
API vasitəsilə universitetin tədqiqatçıları və laboratoriyaları elmi məlumatları proqram vasitəsilə avtomatik çəkə bilərlər. Bu, vaxt qənaət edir və məlumatların daha sürətli emalına imkan yaradır.
Elmi göstəricilərin izlənməsi və analizi
UNEC, müəllimlərin və fakültələrin tədqiqat fəaliyyətini, sitat sayı, impakt faktor və digər elmi göstəriciləri effektiv şəkildə izləyə bilər. Bu, universitetin akademik performansını qiymətləndirməkdə əhəmiyyətlidir.
Bununla yanaşı qeyd etməliyik ki, AVESİS sisteminə Web of Science Core Collection bazasından inteqrasiya olunan UNEC-ə məxsus elmi əsərlərin metrik məlumatları müəlliflərin səhifəsinə avtomatik əlavə olunacaqdır.